BAKI, 27 may. TELEQRAF
Faəliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Meydan” kiçik su elektrik stansiyasında (KSES) 11,4 milyon kilovat-saat, “Qamışlı” KSES-də isə 26,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Bu barədə Teleqraf-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2023-cü ilin 27 may tarixində Kəlbəcər rayonunda inşa edilmiş “Meydan” və “Qamışlı” kiçik su elektrik stansyaları istismara verilib.
Bu KSES-lər ekoloji cəhətdən daha təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və enerjinin istehsalı zamanı atmosferə istixana effekti yaradan qazları atmayan elektrik enerjisi müəssisəsidir.
Ümumi gücü 3,4 MVt olan “Meydan” KSES hər biri 1,7 MVt gücündə 2 ədəd hidroaqreqatdan, ümumi gücü 6,3 MVt olan “Qamışlı” KSES isə hər biri 3,15 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarətdir.