BAKI, 24 aprel. TELEQRAF
Nazirlər Kabineti “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsini və strukturunu təsdiq edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nizamnaməyə əsasən “Azərenerji” “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəmanətli alıcı funksiyalarını həyata keçirən, habelə beynəlxalq enerji layihələrində iştirak edən, müvafiq xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə elektrik enerjisinin istehsalı, ötürülməsi və satışı sahələrində əməkdaşlıq edən kommersiya hüquqi şəxsdir. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını və digər normativ hüquqi aktları rəhbər tutur.
Baş nazir eləcə də qurumun strukturunu təsdiqləyib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin strukturu
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin aparatı, idarə, nümayəndəlik və filialları
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin törəmə cəmiyyətləri
Yeri gəlmişkdən törəmə cəmiyyətlərə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC, “Cənub Elektrik Stansiyası” MMC, “Şimal Elektrik Stansiyası” MMC, “Bakı İstilik Elektrik Mərkəzi” MMC, “Bakı Elektrik Stansiyası” MMC, “Sumqayıt Elektrik Stansiyası” MMC də daxil olmaqla 33 MMC daxildir.