BAKI, 17 aprel. TELEQRAF

2025-ci ilin ilk 3 ayında Azərbaycandan 2 milyard 205 mlyon 620.47 min ABŞ dolları dəyərində 5 milyard 899 milyon 150.19 min kub metr həcmində təbii qaz ixrac edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təbii qazın ixrac həcmi 19,59% artıb. Dəyər ifadəsinə isə 25,89% artıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin “Xarici Ticarətin Gömrük Statistikası” hesabatında qeyd edilib.

Məlumata görə, hesabat dövründə təbii qazın ixracı Azərbaycanın ümumi ixracının 29.28%-ni təşkil edib.