BAKI, 17 aprel. TELEQRAF

2024-cü ildə 1 396 536 Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 659 Qkal və ya 0,9% çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ildə görülmüş işlərə dair hesabatında qeyd edilib.

Məlumata görə, topdansatış qaydası ilə "Azərenerji" ASC-nin İstilik Elektrik Mərkəzindən 138268 Qkal istilik alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4719 Qkal və ya 3,3% azdır.

İstilik enerjisinin 99,6%-i qaz yanacağı, 0,4%-i elektrik enerjisi və dizel yanacağı istifadə edilməklə istehsal edilib. Qazın xüsusi sərfiyyatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 M³/Qkal azalaraq 140,2 M³/Qkal təşkil edilib.