BAKI, 17 aprel. TELEQRAF
2024-cü ildə ölkənin enerji sistemində qoyuluş gücü 8 415,6 MVt (98 stansiya) təşkil edirdi ki, bu da ötən illə müqayisədə 104,8 MVt (1,2%) artım deməkdir.
Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ildə görülmüş işlərə dair hesabatında qeyd edilib.
Elektroenergetika sistemində ümumi gücü 6623,0 MVt olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1406,6 MVt olan 58 su elektrik stansiyası, ümumi gücü 63,62 MVt olan gücündə 5 külək elektrik stansiyası, ümumi gücü 278,0 MVt gücündə olan 9 günəş elektrik stansiyası, 37 MVt gücündə 1 bioenerji elektrik stansiyası, ümumi gücü 7,4 MVt gücündə 3 ədəd hibrid elektrik stansiyası istismar edilir.
Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1792,64 MVt-dır ki, bu da ümumi istehsal gücünün, təxminən 21,3%-ni təşkil edir.