BAKI, 17 aprel. TELEQRAF

2024-cü ildə elektrik enerjisinin ixracı 1396,2 milyon kilovat-saat, idxalı isə 170,7 milyon kilovat-saat olub.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ildə görülmüş işlərə dair hesabatında qeyd edilib.

2023-cü il ilə müqayisədə elektrik enerjisinin ixracı təxminən 56,98%, idxalı isə təxminən 19,45% azalıb. Belə ki, 2023-cü ildə elektrik enerjisinin ixracı 3245,7 milyon kilovat-saat, idxalı isə 211,9 milyon kilovat-saat olub.

Belə ki, ixrac olunan 1396,2 milyon kilovat-saat elektrik enerjisinin 36,6 milyon kilovat-saat İranın, 176,4 milyon kilovat-saat Türkiyənin, 158,8 milyon kilovat-saat Rusiyanın, 1024,4 milyon kilovat-saat Gürcüstanın payına düşüb. İdxal olunan 170,7 milyon kilovat-saat elektrik enerjisinin 35,3 milyon kilovat-saat İranın, 92,2 milyon kilovat-saat Rusiyanın, 43,2 milyon kilovat-saat Gürcüstanın payına düşmüşdür.