BAKI, 17 aprel. TELEQRAF

2024-cü ildə elektrik enerjinin istehsalı 28 395,2 milyon kilovat-saat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ildə görülmüş işlərə dair hesabatında qeyd edilib.

Bildirilib ki, 2024-cü ildə elektrik enerjisinin istehsalı İES-lərdə 24 544,4 milyon kilovat-saat, SES-lərdə isə 3 011,1 milyon kilovat-saat, digər mənbələr üzrə isə 839,7 milyon kilovat-saat, o cümlədən KES-lərdə 50,9 milyon kilovat-saat, GES-lərdə 556,3 milyon kilovat-saat, bio ES-lərdə 232,5 milyon kilovat-saat olub.

Ötən il elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 138,7 milyon kilovat-saat (İES-lərdə 22 323,0 milyon kilovat-saat, SES-lərdə 2815,7 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 490,3 milyon kilovat-saat (İES-lərdə 253,3 milyon kilovat-saat, SES-lərdə 176,2 milyon kilovat-saat, Günəş ES-də 60,8 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 38,5 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə 2727,7 milyon kilovat-saat təşkil edib.

Ümumilikdə hesabat dövrü ərzində “Azərenerji” ASC və Naxçıvan MR Dövlət Energetika Xidmətinə məxsus istilik elektrik stansiyalarında elektrik enerjisinin istehsalına 4930,4 milyon kubmetr təbii qaz sərf edilib. 2024-cü il ərzində 1 kilovat-saat elektrik enerjisinin buraxılışına yanacağın xüsusi sərfi 2023-cü illə müqayisədə 255,5 q/kVt·stdan 254,3 qr/kVt·st-a qədər (1,2 qr/kVt·st) azalmışdır ki, bu da 25 min ton şərti yanacağa qənaət deməkdir. 2024-cü ildə respublika üzrə elektrik enerjisinin istehlakı 24 089,2 milyon kilovat-saat təşkil etmişdir ki, 2023-cü illə (23 196,9 milyon kilovat-saat) müqayisədə 892,3 milyon kilovat-saat (3,8%) artıb.