
BAKI, 16 aprel. TELEQRAF
"Azəri-Çıraq-Günəşli" yatağında quraşdırılmış yeddinci platforma olan "Azəri-Mərkəzi-Şərqi" (ACE) platformasından bu günədək təqribən 852 min ton neft hasil edilib.
Bu barədə Teleqraf-a Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, ACE platformasından ilk neft hasilatına başlanılmasından 1 il ötür.
ACE texnoloji və rəqəmsal baxımdan ən qabaqcıl platformalardan biridir. Onun innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verir. Bu da əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir.