BAKI, 11 sentyabr. TELEQRAF

"Yeni təmayül tədris modeli üzrə təhsil almaq üçün 20 minə yaxın müraciət daxil olub".

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.

O qeyd edib ki, yeni təmayül tədris modeli layihəsi 2024-2025-ci tədris ilində 5 məktəbdə başlayıb, 2025–2026-cı tədris ilində isə 14 məktəbdə davam edib:

"Bu il layihənin ilk məzunlarının 95 faizi ali təhsil müəssisələrinə qəbul olunub. Bu ilkin nəticə modelin daha geniş miqyasda tətbiqi üçün əsas yaradır. Yeni tədris ilində layihənin 90 məktəbə genişləndirilməsini nəzərdə tutmuşuq. Bu siniflərdə təhsil almaq üçün qısa müddətdə 20 minə yaxın müraciətin daxil olması modelə yüksək marağın olduğunu göstərir”.