BAKI, 7 may. TELEQRAF
“100 minə yaxın uşaq birinci sinfə qəbul olub”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Eşqi Bağırov deyib.
O bildirib ki, artıq birinci sinfə qəbul üzrə qeydiyyatdan keçən uşaqların sayı 100 minə yaxınlaşıb.
Qeyd edək ki, uşaqların birinci sinfə qəbulu üçün elektron qeydiyyat dünəndən başlayıb.