BAKI, 15 dekabr. TELEQRAF
“Tarixlərlə bağlı Dövlət İmtahan Mərkəzinin saytı və sosial şəbəkə kanalları vasitəsilə elan edilməyən istənilən məlumat doğru deyil”.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan tarixləri ilə bağlı qrafik adətən ilin əvvəlində müəyyən edilir.
Qeyd edək ki, bəzi təhsil qruplarında 2026-cı il magistratura imtahanının 15 fevral tarixində keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.
***
11:14
Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.
Bu barədə Teleqraf-a DİM-dən məlumat verilib.
Bildirilib ki, jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları, xarici dillər, informatika və məntiqi təfəkkürün yoxlanması üzrə qəbul imtahanı proqramları, həmçinin ali təhsil müəssisələrinin magistraturalarına 2025-ci ilin qəbul imtahanında istifadə olunmuş test tapşırığı nümunələri və onların izahları Azərbaycan və rus dillərində dərc edilib.