BAKI, 9 oktyabr. TELEQRAF

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılır.

Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi 10 oktyabr saat 18:00-dək uzadılıb.

Namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.