BAKI, 12 sentyabr. TELEQRAF
"İctimai rəy hər şeyin mükəmməl olmasını istəyir, amma bu, zaman tələb edir".
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev 2025-2026-cı tədris ilinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan təhsil sistemində bir sıra istiqamətlərdə dəyişikliklər üzrə iş aparılır:
“İctimai rəy hər şeyin dərhal və mükəmməl olmasını istəyir. Ancaq bu, zaman və davamlı səy tələb edən bir prosesdir. Təhsil sistemində müəyyən nailiyyətlər əldə olunub və bunu xüsusilə şagirdlərin göstəriciləri ilə görmək mümkündür”, - o əlavə edib.