BAKI, 21 avqust. TELEQRAF
Bu gündən ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesi başlayır.
Teleqraf xəbər verir ki, avqustun 21-i saat 11:00-da qeydiyyat prosesinə start verilir.
Namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 28 avqust saat 18:00-da yekunlaşacaq.