BAKI, 14 iyul. TELEQRAF
“Təhsil ədalətli sistem tələb edir. On il əvvəl buraxılan səhvlər bu gün də özünü göstərir”.
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024- 2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
“Təhsil bumeranq kimidir – vaxtında atılan yanlış addım gec-tez geri qayıdır. Baxmayaraq ki, artıq həmin qərarları verən şəxslər yerlərində deyillər, ancaq vurulan yenə də biz oluruq”.