​BAKI, 13 iyul. TELEQRAF

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Bu barədə Teleqraf-a DİM-dən məlumat verilib.

Bildirilib ki, 5 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.