BAKI, 10 iyul. TELEQRAF
Alimlər xroniki yuxusuzluqdan əziyyət çəkən insanlarda duyğu sistemlərinin normal işləmədiyi qənaətinə gəliblər.
Teleqraf xəbər verir ki, "Brain Imaging and Behavior" (BIB) jurnalında dərc olunan araşdırma yazısında yuxusuzluğa ilk növbədə "yuxu" və "oyaqlılıq" reseptorların qarışmasının səbəb olduğu bildirilir.
İnsan bəzən yuxusu gəlsə də, yata bilmir, tez-tez oyanır, oyanandan sonra gözünə yuxu getmir. Belə hal bəzən günlərlə, aylarla davam edir. Yuxu pozğunluğu konsentrasiyaya, əhval-ruhiyyəyə və həyat keyfiyyətinə mənfi təsir göstərir.
Tədqiqatda yuxusuzluqdan əziyyət çəkən 29 insan iştirak edib. Bütün iştirakçılar MRT müayinəsindən keçiblər və standart anketlərdən istifadə etməklə onların yuxu keyfiyyəti, emosional vəziyyəti qiymətləndirilib.
Alimlər yuxusuzluqdan əziyyət çəkən insanların beyinlərində dəyişiklikləri müşahidə ediblər.
Yuxusuzluqdan əziyyət çəkən insanlarda oksipital və temporal girus kimi duyğular daha aktiv, amigdala, insula və talamus kimi duyğular, yaddaş və sensor inteqrasiya ilə əlaqəli reseptorlar daha zəif olur.