ASTARA, 9 iyul. TELEQRAF
16 yaşlı Fatimə Gənciyeva hələ 14 yaşı olanda – 9-cu sinifdə oxuyarkən, Türkiyənin YÖS (Yabancı Öğrenci Sınavı) proqramı üzrə imtahan verərək yüksək nəticə göstərib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Onun bu uğuru nəticəsində Atatürk Universitetinin hüquq, Ankara Universitetinin isə tibb fakültəsinə qəbul üçün müsbət cavab gəlib. Lakin həmin vaxt 9-cu sinifin qiymət cədvəli ilə yanaşı, 10 və 11-ci siniflərin nəticələri də tələb olunduğundan bu imkandan istifadə edə bilməyib.
Bu il isə Fatimə həmin uğurunu yenidən təkrarlamağa nail olub. Onlayn formatda keçirilən YÖS imtahanında iştirak edən abituriyent heç bir repetitor dəstəyi olmadan imtahanda 671 bal toplayıb.
"İmtahan 25 mayda keçirildi. Dörd fənn üzrə hazırlaşdım: riyaziyyat, həndəsə, İQ (məntiq) və türkcə. Mən bu imtahana repetitor olmadan, tamamilə özüm hazırlaşdım. Kitabları PDF formatında əldə etmişdim. Sonda 671 bal topladım. Həm Türkiyədə oxumaq istəyirdim, həm də Azərbaycanı əldən vermək istəmirdim. Buna görə Hərbi İnstituta sənəd verməyi düşündüm. Orada müxtəlif ixtisaslar var idi – ekologiya, elektronika, rabitə mühəndisliyi. Mən rabitə mühəndisliyi üzrə təhsil almağı düşünürəm", - deyə Fatimə Gənciyeva bildirb.
Fatimə Gənciyeva artıq oxuyacağı ixtisas və universiteti də müəyyənləşdirib. O, Türkiyədə dövlət idarəçiliyi sahəsində qiyabi təhsil almaqla yanaşı, Azərbaycanda da ali təhsil almağı qarşısına məqsəd qoyub:
“Həm Türkiyədə oxumaq istəyirdim, həm də Azərbaycanı əldən vermək istəmirdim. Buna görə Hərbi İnstituta sənəd verməyi düşündüm. Burada müəyyən ixtisaslar var idi, ekologiya üzrə, elektronika üzrə və rabitə mühəndisliyi. Mən isə rabitə mühəndisliyi üzrə təhsil almağı düşünürəm", - deyə 16 yaşlı yeniyetmə bildirib.
İmtahanlarda qazandığı nəticələrin onu tələbə adına bir addım da yaxınlaşdırdığına inanan Fatimə, qarşıdakı təhsil mərhələsinə böyük həyəcan və ümidlə baxır.