BAKI, 3 iyun. TELEQRAF
İndiyə qədər qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdində qeydiyyatdan keçənlərin sayı 29 mini keçib.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Onlardan 25 min 702 nəfəri Azərbaycan bölməsi, 3 min 495 nəfəri isə rus bölməsidir. Ən çox müraciət isə III ixtisas qrupundadır.
Qeyd edək ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat iyunun 8-dək aparılır.
Qəbul imtahanlarının ikinci cəhdi II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə isə 13 iyul tarixində keçiriləcək. Coğrafiya fənni üzrə əlavə imtahan da 13 iyul tarixində təşkil olunacaq.