BAKI, 27 may. TELEQRAF
"Qərb təhsilində, kurrikulum materiallarında mövcud İslama qarşı mənfi fikirlər çıxarılmalıdır".
Teleqraf xəbər verir ki, bunu Dünya Müsəlman İcma Şurasının baş katibi Məhəmməd Beşari "Dəyişən dünyada İslam mədəni irsinin qorunması" adlı panel müzakirəsində çıxışı zamanı deyib.
"Dini şüurların qorunmasını təmin edən qanunvericilik aktları tərtib edilməli, qanunlar qəbul olunmalıdır. Dini, irqi azlıqların, fəlsəfi qrupların hüquqlarını qoruyan beynəlxalq qanunlar olmalıdır. Bu məsələyə söz azadlığı səviyyəsində yanaşılmalıdır".
Qeyd edək ki, “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub. Üç gün davam edən konfrans bu gün başa çatacaq.