BAKI, 23 may. TELEQRAF
“2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə ümumilikdə 60 min 489 plan yeri ayrılıb”.
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfrasında deyib.
O bildirib ki, ötən illə müqayisədə plan yerləri 2.21% (1309 yer) artırılıb.
“Plan yerlərinin 28 min 401-i yeri dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb”.