BAKI, 21 may. TELEQRAF
Böyük Britaniyada işgüzar səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev türkiyəli həmkarı Yusuf Tekinlə görüşüb.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirin rəhbərliyi ilə 21-ci Dünya Təhsil Forumu çərçivəsində nümayəndə heyətinin ikitərəfli görüşləri davam edir.
Forum çərçivəsində nümayəndə heyəti Türkiyənin milli təhsil naziri və Türkiyənin Böyük Britaniyadakı səfiri Osman Koray Ertaşla görüşüb, iki ölkə arasında ümumi təhsil, peşə təhsili və ali təhsil sahələrində mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.