BAKI, 13 may. TELEQRAF

Müəllimlərin sertifikasiya imtahanının tarixləri açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.

“2025-ci il üzrə ilkin və təkrar sertifikatlaşdırma prosesinin təşkil olunması 18-25 iyun tarixlərində nəzərdə tutulur.
Sabah gün sonuna qədər müəllimlərin şəxsi kabinetlərinə sertifikatlaşdırmanın keçiriləcəyi vaxt və məkanla bağlı məlumatın göndərilməsi planlaşdırılır", - E. Bağırov qeyd edib.