BAKI, 13 may. TELEQRAF

“İşğaldan azad olunmuş ərazilərdə 20 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimində deyib.

O bildirib ki, həmin ərazilərdə 2300 şagird məktəbə, 200 azyaşlı isə baxçaya gedir.

“İşğaldan azad olunmuş ərazilərdə məktəblərin tikintisi davam edir. Növbəti il Xankəndidə ikinci məktəbin açılışı olacaq".