BAKI, 7 may. TELEQRAF
İyunun 29-da Azərbaycan dili (dövlət dili) üzrə ikinci cəhd imtahanı keçiriləcək.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qeydiyyat tarixi 22 may -10 iyun tarixlərini əhatə edir.
Qeyd edək ki, Azərbaycan dili (dövlət dili) fənni üzrə imtahanın birinci cəhdi mayın 4-də keçirilib. Nəticələrin imtahan keçirilən gündən növbəti 2 həftə ərzində elan olunması nəzərdə tutulur.