BAKI, 24 aprel. TELEQRAF

Rezidentura imtahanı elektronlaşdırılacaq. Növbəti mərhələdə magistraturaya aid imtahanların da elektron formatda keçirilməsinə nail olacağıq.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, digər imtahanlar da təşkilatlarla bağlanan müqavilələrə əsasən elektron formada keçiriləcək.