BAKI, 24 aprel. TELEQRAF
Bu il 200-dən çox məzun gürcü dilində imtahan verib.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, onlardan təxmini 100 nəfər 11-ci sinif imtahanı, 120 nəfər isə 9-cu sinif imtahanı verib.
Onun sözlərinə görə, həmin imtahanlar gürcü mütəxəssislər ilə birlikdə yoxlanılır:
"Həmçinin biz də Gürcüstanda Azərbaycan dilində tədris olunan məktəblərdə müəllimlər üçün Azərbaycan dilində olan imtahanların yazılması və yoxlanılması prosesində iştirak edirik. Bizim müxtəlif sahələrdə əməkdaşlığımız var".