BAKI, 24 aprel. TELEQRAF
Gürcüstanla təcrübə mübadiləmiz imkan verəcək ki, təhsil əlaqələrimizi daha da gücləndirək. Belə əməkdaşlıq Cənubi Qafqazda hamı üçün nümunə olmalıdır.
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin idarə heyətinin sədri Məleykə Abbaszadə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
O bildirib ki, kütləvi proseslərin idarə olunması zamanı qərarların qəbulu prosesi sistematik və ardıcıl qaydalar alqoritmlər vasitəsilə həyata keçirilir.
"Biz beynəlxalq standartlar əsasında qiymətləndirmə aparmaqla Azərbaycanda təhsil və dövlət idarəetməsi xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə veririk”, - M.Abbaszadə qeyd edib.