
BAKI, 10 aprel. TELEQRAF
“Maksimum nəticə göstərmişəm. Xəbəri hazırlıqda öyrəndim. Ona görə də ailəmlə videozənglə danışdıq. Onlar da, müəllimlərim də çox sevinirlər".
Teleqraf-ın xəbərinə görə, bu sözləri buraxılış imtahanında 300 bal toplayan Bakı şəhər 91 nömrəli tam orta məktəbin şagirdi 11-ci sinif şagirdi Şəhanə Abbasova danışarkən deyib.
“1-ci qrupa hazırlaşıram. Bakı Ali Neft Məktəbinə qəbul olmağı qarşıma məqsəd qoymuşam. İxtisas olaraq kimya və ya neft mühəndisliyini seçməyi düşünürəm. Məqsədim blok imtahanında uğurumu təkrarlamaqdır”, - o deyib.
Qeyd edək ki, martın 2-də keçirilən buraxılış imtahanının nəticələrinə görə 23 nəfər 300 bal toplayıb. Onlardan biri də Şəhanə Abbasovadır.