
BAKI, 19 fevral. TELEQRAF
"Abituriyent" 1 jurnalı nəşr olunduqda məlumat paylaşılacaq".
Bunu Teleqraf-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.
O bildirib ki, proses başlayanda istifadəçilərə lazımi bütün məlumatlar təqdim olunur: "Ərizə qəbulu elektron formada aparılır və çox sadə bir prosesdir. Həmçinin "Abituriyent" 1 jurnalında verilən qəbul imtahanı proqramları sentyabrdan ictimaiyyətə təqdim olunub. Hazırda pdf formasında saytımızda var. Buraxılış imtahanı proqramları isə "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub".
Qeyd edək ki, sosial şəbəkələrdə "Abituriyent" 1 jurnalının nəşrinin gecikdiyinə dair narahatlıq doğuran informasiyalar yayılıb.