BAKI, 4 may. TELEQRAF
"Rəqib ilk oyunda olduğu kimi bu dəfə də tam qüvvəsi ilə mübarizə apardı".
Teleqraf xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının final seriyasının ikinci oyununda "Neftçi"yə 86:77 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, qələbədə əsas rolu fiziki hazırlığın oynadığını bildirib: "Qələbəyə görə sevinsək də, bu oyun artıq keçmişdə qaldı. Növbəti oyunu düşünməliyik. Ribaundlarda səhvlərimiz oldu. Ümumi götürsək səhvlər də oyunun bir hissəsidir. Buna baxmayaraq oyunçularımızın xarakter nümayiş etdirdiklərinə görə həm sevinirəm, həm də onlara təşəkkür edirəm".
Qeyd edək ki, final seriyasının üçüncü görüşü mayın 6-da keçiriləcək.