BAKI, 5 mart. TELEQRAF

"Gəncə" klubu heyətini daha bir basketbolçu ilə gücləndirib.

Klubdan Teleqraf-a verilən məlumata görə, ABŞ-dən olan Malek Deyvislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə bağlanılıb. 25 yaşlı basketbolçu hücumçu mövqeyində çıxış edir. 178 sm boya malik oyunçunun son klubu Litvada "Alitus" olub.

Malek Deyvis "Gəncə"də 2 nömrəli formanı geyinəcək.