BAKI, 28 fevral. TELEQRAF

“Sərhədçi” heyətini iki basketbolçu ilə gücləndirib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi amerikalı Cared Binum və Cozef Alleni heyətinə qatıb.

Hər iki oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Cared Binumun son klubu Slovakiya təmsilçisi “Nitra Blu Uinqs”, Cozef Allenin isə Tayvan liqasında mübarizə aparan “Vanta Blek Draqons” olub.