![](https://teleqraf.az/storage/2025/02/10/715x378/679b3c669943b679b3c669943c1738226790679b3c6699438679b3c6699439_(2).jpg)
BAKI, 10 fevral. TELEQRAF
"Atamın səhhəti stabil ağır olaraq qalır. Yataq xəstəsidir".
Bu sözləri Teleqraf-a tanınmış fəlsəfə professoru Niyazi Mehdinin oğlu Toğrul Mehdi atasının səhhəti haqqında danışarkən deyib.
"Atam 14 gün Mərkəzi Gömrük Hospitalda müalicə aldı. Hazırda müalicəsi ev şəraitində davam edir. Həkimlər deyirlər ki, sağalmaq ehimalı var. Evdə oksigen balonuna qoşulub. Gün ərzində 10-15 dəqiqə çətinliklə hərəkət edir".
Qeyd edək ki, Niyazi Mehdi şəkər xəstəliyindən əziyyət çəkir. Onun ürəyində də ciddi problemlər var.