İraq ordusu ölkənin Ramadi şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı keçirilən əməliyyatın komandiri general İsmayıl əl-Mihləvi məlumat verib.

Onun sözlərinə görə, əməliyyat zamanı 18 terrorçu öldürülüb, xeyli silah-sursat ələ keçirilib. Əl-Mihləvi qeyd edib ki, döyüşlərdə 6 iraqlı da yaralanıb.

Elvin