AĞDAM, 12 mart. TELEQRAF
Füzulidə minaya düşən çobanın meyiti ailəsinə verilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun Aşağı Veysəlli kəndində heyvan otararkən minaya düşən Ağdam rayon Mərzili kənd sakini Hacıyev Ramil Maşallah oğlunun meyiti Beyləqanda məskunlaşan ailəsinə verilib.
R.Hacıyev bu gün dəfn ediləcək.
***
22:05
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində bu gün baş vermiş mina partlayışı barədə birgə məlumat yayıblar.
Teleqraf xəbər verir ki, məlumatda qeyd olunur:
"1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tank əleyhinə minaya düşərək həlak olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!"
***
20:21
Ağdam sakini Füzuli rayonunda minaya düşərək həlak olub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.
Füzulidə çoban kimi işləyən Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramiz Maşallah oğlu atla hərəkətdə olarkən minaya düşüb.
Nəticədə at və atın üstündə olan R.Hacıyev hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma başlanıb