Belçikanın paytaxtı Brüsseldə Radisson Blu Otel hərbçilər tərəfindən mühasirəyə alınıb.
Teleqraf.com-un xəbərinə görə, otelin içində və bayırda xeyli sayda əsgər yerləşdirilib. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Radisson Blu Otel şəbəkəsinin Malinin paytaxtı Bamakodakı otelində bu yaxınlarda baş verən terror aktı nəticəsində 21 nəfər həyatını itirdi.
Fransada 130 nəfərin öldürüldüyü Paris qətliamını planlaşdıranların Belçika vətəndaşı olduğu bəllidir. Bu terror aktından sonra başda Brüssel olmaqla ölkənin hər yerində təhlükəsizlik tədbirləri gücləndirilib.
Nihad