"Anonymous" beynəlxalq xaker qrupu İŞİD terror təşkilatının bu gün ABŞ, İndoneziya, İtaliya, Livan və Parisdə yeni terror aktları törədəcəyini iddia edib.
"Anonymous"-un yaydığı məlumata görə, terrorçular ABŞ-ın Georgia əyalətindəki Atlanta şəhərində baş tutacaq Dünya Güləş Çempionatının keçirildiyi məkana hücum edəcək: "İŞİD-in təxribatından bütün dünyanın xəbəri olduğunu bildirmək istəyirik ki, bəlkə bu terror aktından çəkinərlər".
"Anonymous"un iddiasına görə, bu gün İŞİD Parisdə qadınların keçirəcəyi kütləvi nümayiş, bir oyun salonunda, Roma və dünyanın başqa şəhərlərində də qeyd olunacaq Məsih Bayramında, ABŞ-ın "Five Finger Death Puch"ın İndoneziyada verəcəyi konsertdə, Livanda "Holy Spirit Ünivesiteti"ndə keçiriləcək Pastoral Günündə terror aktları həyata keçiriləcək./BAKU.WS