BAKI, 29 noyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara və Avropa ölkələri ilə dialoqa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Belarusun “Birinci İnformasiya” telekanalına müsahibəsində bildirib.

Peskov Rusiyanın sülh istədiyini vurğulayaraq qeyd edib ki, Vladimir Putin danışıqlara və müxtəlif təmaslara, o cümlədən Avropa ölkələri ilə əlaqələrin qurulmasına açıqdır.

“Rusiya sülh istəyirmi? Bəli, Rusiya sülh istəyir. Prezident Putin danışıqlara, təmaslara, o cümlədən avropalılarla əlaqələrin qurulmasına açıqdır”, – deyə Kremlin sözçüsü bildirib.