BAKI, 21 oktyabr. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi "Belaruskali" çirkətinin direktoru Andrey Rıbakovun Belarusla bağlı sanksiyalar siyahısından çıxarıldığını elan edib.

Teleqraf xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunmuş açıqlamada Andrey Rıbakovun adının sanksiya siyahısından çıxarıldığı qeyd edilir.

Vaşinqtonun "Belaruskali" və digər Belarus qurumlarına qarşı sanksiyaları ləğv etmək niyyəti əvvəllər Minskə dəfələrlə səfər etmiş ABŞ Prezidentinin xüsusi elçisi Con Koul tərəfindən açıqlanmışdı.