BAKI, 21 oktyabr. TELEQRAF
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə Sankt-Peterburqda keçirilən bugünkü görüşü konstruktiv adlandırıb.
Teleqraf xəbər verir ki, Uitkoff X-də yazıb: "Osloda əldə edilən irəliləyişi davam etdirmək üçün Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşdük. Bu danışıqlar konstruktiv idi. Müzakirələr ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə üçtərəfli danışıqlar çərçivəsində davam edəcək".