BAKI, 19 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə münaqişəyə son qoymaq niyyətində olmadığını iddia edib.
Teleqraf.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Tramp qeyd edib ki, Zelenski, ehtimal ki, heç vaxt Rusiya ilə münaqişənin başa çatmasını istəməyib.
ABŞ Prezidenti açıqlaması ilə bağlı əlavə təfərrüat verməyib.