BAKI, 19 oktyabr. TELEQRAF

İran yerli istehsal olan ağır qırıcı təyyarəsini 2027-ci ildə ilk dəfə havaya qaldırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə İranın yeni müdafiə naziri Mehrdad Əxlaqi bildirib.

Nazirin sözlərinə görə, qırıcı təyyarə İran Müdafiə Nazirliyinin Aviasiya Təşkilatı tərəfindən hazırlanıb.

“Bu qırıcı İran İslam Respublikasının Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən aviasiya təşkilatında yaradılıb”, - deyə nazirin sözlərini IRIB yayıb.

Qeyd edək ki, İran parlamenti Mehrdad Əxlaqinin müdafiə naziri vəzifəsinə təyinatını təsdiqləyib. Onun namizədliyini 237 deputat dəstəkləyib.

Qırıcının texniki göstəriciləri və sınaq uçuşunun dəqiq tarixi barədə əlavə məlumat açıqlanmayıb.