BAKI, 15 oktyabr. TELEQRAF

İran Oman körfəzində tankerə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi İran Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.

"Neft tankeri Hörmüz boğazının şərqində, Oman körfəzində məhdud zonada izləmə sistemlərini söndürüb ərazidən keçməyə çalışdıqdan sonra alovlanıb", - məlumatda qeyd olunur.

İran hərbi idarəsi gəminin adını, mülkiyyətini, yanğının səbəblərini və hadisənin mümkün nəticələrini açıqlamayıb. Qurbanların sayı və dəymiş ziyanın miqyası barədə də məlumat verilməyib.

İran ordusu Hörmüz boğazının İran silahlı qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin tam nəzarəti altında olduğunu açıqlayıb.