BAKI, 5 oktyabr. TELEQRAF
Fransada sentyabrın sonlarında başlayan və bəzi yerlərdə iğtişaşlara çevrilən lisey şagirdlərinin nümayişləri zamanı ən azı 190 məktəbli xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə təhsil naziri Eduard Geffret bildirib.
Onun sözlərinə görə, şagirdlərin əksəriyyəti təsadüfən, müxtəlif küçə infrastruktur obyektlərinə dırmaşarkən hündürlükdən yıxılaraq və ya nümayişçilərin atəşfəşanlıqdan istifadə etməsi nəticəsində xəsarət alıb.
Qeyd edək ki, Fransada orta məktəb şagirdlərinin etirazları sentyabrın sonlarında Parisin İl-de-Frans bölgəsində başlayıb və hazırda bütün Fransaya yayılıb. İştirakçılar həddindən artıq çox dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. O vaxtdan bəri hüquq-mühafizə orqanları 5000-dən çox şagirdi həbs edib.