Benzin qiymətlərinin artmasının səbəbi artıq Hörmüz boğazı deyil, çünki oradan demək olar ki, hər gün rekord həcmdə neft ixrac olunur.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, səbəb Ukrayna tərəfindən Rusiya zavodlarının partladılması və Kaliforniya kimi "mavi" ştatlarda Demokratlar tərəfindən bağlanması ilə bağlı "neft emalı zavodları"dır.