BAKI, 5 oktyabr. TELEQRAF
İlon Maskın xalis sərvəti bazar ertəsi səhəri 1 trilyon dolları keçib.
Teleqraf xəbər verir ki, onun SpaceX və Tesla şirkətlərinin səhmləri ticarət başladıqdan sonra kəskin şəkildə bahalaşıb .
Beləliklə, texnologiya maqnatı ilk dəfə iyun ayında qazandığı trilyoner statusunu geri qazandı.
Bazar ertəsi günü Maskın sərvəti fond bazarının son ticarət günü olan cümə günü ilə müqayisədə 30,6 milyard dollar artıb.
Bu artım Maskın dünyanın ən varlı insanı kimi mövqeyini möhkəmləndirir. "Amazon" şirkətinin baş direktoru Ceff Bezos 371,5 milyard dollarlıq sərvəti ilə ikinci yerdədir.