BAKI, 5 oktyabr. TELEQRAF

Ukrayna hər gün Rusiya dronlarına və raketlərinə qarşı müdafiə qabiliyyətini gücləndirir. Yeni müdafiə müqavilələri üzrə razılaşmalar mövcuddur.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Ukrayna Silahlı Qüvvələrinin rəhbər şəxsləri ilə görüşdən sonra açıqlama verən Zelenski qeyd edib ki, Ukrayna hər gün müdafiə qabiliyyətini artırır.: "Dronları daha tez müəyyən edib, zərərsizləşdirmək üçün gücümüzü arıtırıq. Biz hava hücumundan müdafiə sistemləri üçün yeni müqavilələr hazırlayırıq . Hazırda hələlik heç bir açıq təfərrüat yoxdur, amma yaxşı addımlar ola bilər. Bizim üçün həll yolu tapmaq vacibdir".

Zelenski həmçinin tərəfdaşlarına anti-ballistik raketlərlə bağlı müraciət edib.

"İnfrastrukturu qorumaq üçün daha çox anti-ballistik raketə ehtiyacımız var , bu, hazırda əsas çətinlikdir. Liderlər nə baş verdiyini və Rusiyanın eskalasiyadan danışıqlara qətiyyən keçməyəcəyini görürlər", - deyə o bildirir.