BAKI, 4 oktyabr. TELEQRAF
Almaniya kansleri Fridrix Mer Ukraynaya 1 milyard avro hərbi yardım, enerji sektorunun bərpasına isə 350 milyon avro ayrılacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Almaniya hökumətinin açıqladığı yardım paketi ümumilikdə 1,35 milyard avro təşkil edir. Vəsaitin 1 milyard avrosu hərbi dəstəyə, 350 milyon avrosu isə Ukraynanın enerji sektorunun təmirinə yönəldiləcək.
Bundan əlavə, Almaniya və Ukraynanın müxtəlif tipli pilotsuz uçuş aparatlarının birgə istehsalı ilə bağlı razılaşmanı yekunlaşdırmağı planlaşdırdığı bildirilir.