BAKI, 26 sentyabr. TELEQRAF
"Rusiya 2026-cı ilin sonuna qədər seçiləcək yeni BMT Baş katibindən ayrı-ayrı dövlətlərin maraqlarına xidmət etməkdən və qlobal təşkilatın hökumətlərarası sistemini sarsıtmaqdan çəkinməsini, əksinə qərəzsizlik və bərabər məsafə prinsiplərinə ciddi şəkildə riayət etməsini gözləyir".
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi debatlarında bildirib.
Nazir vurğulayıb ki, ilin sonuna qədər seçməli olduğumuz yeni Baş katibdən mandatına və Nizamnamədə təsbit olunmuş qərəzsizlik və bərabər təmsilçilik prinsiplərinə ciddi şəkildə riayət etməsini gözləyirik: "O, bütün beynəlxalq ictimaiyyəti təmsil edəcək, ayrı-ayrı dövlətlərin maraqlarına xidmət etməyəcək, BMT sisteminin hökumətlərarası təbiətini sarsıtmayacaq və Təhlükəsizlik Şurasının və onun daimi üzvlərinin səlahiyyətlərini pozmayacaq".